Faydalı saytlar


Reklam



Formula 2: Canluka Petekofu Bakıda Matteo Nannini əvəz edəcək



Bu yaxınlarda Canluka Petekof Formula 2 çempionatının “Campos Racing” komandasından getməsi barədə elan edib. Lakin tezliklə onu əvəz edən tapılıb. Bakı mərhələsində sükan arxasına 17 yaşlı italiyalı Matteo Nannini – Formula 1-in sabiq pilotu Alessandro Nannininin qardaşı oğlu əyləşəcək.

BrendSport.az xəbər verir ki, Matteo Nannini bu il əsas sponsoru – İtaliyanın “Celli S.p.A” şirkəti onu dəstəkləyənədək Formula 2 çempionatında “HWA Racelab” komandasının heyətində çıxış edib. Sonra o, “Campos”dan dəvət alana qədər Formula 3 yarışlarında iştirak edib. Nannininin “Campos”la kontraktı yalnız bir mərhələni əhatə edir.

Matteo Nannini özü bu barədə deyib: “Campos Racing”də mənə belə fürsət yaratdıqlarına görə çox şadam. Mənim Adrian Kamposla səmimi münasibətlərim olub, o, komandasında mənim çıxışımı istəyirdi və qarşıdakı uik-enddə bu, reallığa çevriləcək. Ümidvaram ki, Adrian Kamposun ruhu şad olacaq. Mən trasda əlimdən gələni edəcəyəm. Bir daha Kampos ailəsinə təşəkkürümü bildirirəm”.


Facebook-da paylaş