Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin baş məşqçisi: "Uğurlu seriyanın davamını gətirmək istəyirik"



"Uğurlu seriyanın davamını gətirmək istəyirik".

BrendSport.az
xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Şamaxı"ya qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan əvvəl deyib.

48 yaşlı mütəxəssis hazırlıqlarının çox yaxşı getdiyini bildirib: "Demək olar ki, bütün oyunçular sərəncamımdadır. Son matçlarda yaxşı çıxış etdiyimizi deyə bilərəm".

Rumıniyalı baş məşqçi Şamaxıdakı stadionun ot örtüyünün süni olması barədə danışıb: "Bu barədə düşünmürük. Səfərdə qələbə qazanmağa çalışacağıq. Normal ot örtüyü olmasa da, yalnız qalib gəlmək niyyətindəyik".

Regekampf yarımmüdafiəçi Ataa Caberin zədələndiyi üçün üzüldüyünü söyləyib: "Həmin mövqedə bir neçə seçimimiz var. Futbolda belə hallar olur. Onun tezliklə sıraya dönəcəyinə inanıram. Sezar Meza Kollinin ötən qarşılaşmada qol vurmasına görə isə sevinirəm. Çox gözəl oyun nümayiş etdirib. Amma futbolçunun 7 ay sonra yaşıl meydanlara qayıtdığını nəzərə almalıyıq. Meza Kollinin hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Ona inanıram".

Mütəxəssis qış transfer dönəmində komandaya cəlb edilən oyunçuların kollektivə uyğunlaşdığını sözlərinə əlavə edib: "Onlar burada oynamaq üçün yetərli səviyyədə olduqlarını artıq göstəriblər. Mövsümü zədəsiz başa vuracaqlarına ümid edirəm".

Qeyd edək ki, martın 12-də oynanılacaq "Şamaxı" - "Neftçi" qarşılaşması saat 15:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş