Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Samir Abasov: Rəqib yaxşı mübarizə apardı

Samir Abasov: Rəqib yaxşı mübarizə apardı


Futbolçuları təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərti ilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq.
BrendSport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov evdə “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.
Qırx dörd yaşlı mütəxəssis bildirib ki, milli oyunları ilə bağlı fasilənin komandaya müsbət və ya mənfi təsiri oyunlar başlayanda bəlli olacaq: “Milli komandalara çox oyunmçumuz gedir. Onların necə qayıdacağı da vacibdir”.
O, çempionatın əvvəlində çox əziyyət çəkdiklərini söyləyib: “Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımız oturuşmuş komandanın üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq”.
Abasov bugünkü görüşdə dubl edən Eddi israfilovun çıxışına da toxunub: “Gəlin, bir qədər geriyə qayıdaq. Necə oldu ki, “ölən” Emin Mahmudov millinin əsas üzvü oldu? Bu sözləri Sabir Buqrin və Mamadu Kane haqqında da demək olar. Sırf bir futbolçunun üzərində çox dayanmaq istəmirəm. İsrafilov potensialının cəmi 30 faizini göstərir. Ondan daha çox şey gözləyirəm”.
Baş məşqçi hazırda Polşanın “Visla” (Plotsk) klubunda çıxış edən Anton Krivotsyukla maraqlanmadıqlarını vurğulayıb: “Ortada belə məsələ yoxdur. Anton öz klubunu, karyerasını düşünür. Bu barədə söhbət olmayıb, ona görə də heç nə deyə bilmərəm”.
Abasov martın 19-da keçiriləcək “Zirə” – “Qarabağ” matçındakı istənilən nəticənin onların xeyrinə olacağını qeyd edib: “Qarabağa çatmaq çətin görünür. Çünki bu mövsüm mükəmməl oynayırlar. Amma əsas məqsədimiz bugünkü qarşılaşmada qalib gəlmək idi ki, bunu da bacardıq”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Neftçi”ni təbrik edirəm. Bəlkə də bu mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu “Qəbələ” görəcəyik. Oyun oyundan fərqlənir. Bu komandaya inanıram. Futbolda ehtimala yer yoxdur. Yanaşmamız düzgün olmalıdır ki, nəticə qazanaq. Sıxıntılarımız olur. Amma bunu bugünkü matçla əlaqələndirməzdim. İlk qolu standart vəziyyətdən buraxdıq. Səhvdən sonra toparlanmaq çətin olur. Amma futbol səhvlər oyunudur”.
O, qapıçı Nicat Mehbalıyevin səhvinə də toxunub: “Futbolçunu səhvə görə kəsib-atmaq da olmur. Nicatı qazanmalıyıq. Nə qədər səhv etsə də, dəstək göstərəcəyəm. Mənim də səhvim olur. Hər şeyi normal qarşılamaq lazımdır”.


Facebook-da paylaş

Xəbəri paylaş