Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Son oyunda futbolçular yorğun idilər"



“Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım. Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib, taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibəti ilə təbrik edirəm".

BrendSport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd 2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə ABŞ-a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, turnirin çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində “Mançester Yunayted”, “Liverpul”, “Şalke”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi. Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdır. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idilər və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı".

V.Məmməd futbolçuların hər birindən razı qaldığını söyləyib: "Onlar millinin formasını geyinməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərimizdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacağam. Birlikdə planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”.


Facebook-da paylaş

Xəbəri paylaş