Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Heyətdəki oyunçuların hər birinə güvənirəm”



“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum”. Bu sözləri 2000-ci il təvəllüdlülərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

Slovakiyada keçirilən beynəlxalq turnirin II turunda Uelsə 3:0 hesabı ilə qalib gələn yığmamızın çalışdırıcısı matçı şərh edib: “Həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verdik. Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”.


Facebook-da paylaş

Xəbəri paylaş