Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İslandiya yığmasının baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq



Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bu səbəbdən sabahkı matçda qalib gəlməliyik.

BrendSport.az
xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində evdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Bu, ölüm-dirim məsələsi deyil. Amma rəqibi ciddiyə almalıyıq. Böyük hədəflərimiz var. Özümüzə inanmalıyıq. Hər kəs inanılmaz dərəcədə sakitdir. Oyunla bağlı nikbinəm".

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş