“Aris”in baş məşqçisi: Azərbaycandan qələbə ilə qayıtmaq istəyirik

Azərbaycandan qələbə ilə qayıtmaq istəyirik.
BrendSport.az xəbər verir ki, bu sözləri Yunanıstanın “Aris” komandasının baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis ikinci dəfə Azərbaycana səfər etdiyini xatırladıb: “Daha əvvəl “Qəbələ”yə qarşı oyun üçün buraya gəlmişəm. Rəqibə gəlincə,onları analiz etmişik. Bizi sabah çətin oyun gözləyir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.
Facebook-da paylaş
