Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Zirə"nin kapitanı: "Hayduk"la matça tam hazırıq



Sabah bizi ciddi oyun gözləyir.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Zirə” komandasının kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk” ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, matça tam hazır olduqlarını bildirib: "Rəqib haqqında yetərincə məlumatımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam olaraq yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Evdə qalib gəlmək istəyirik".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-ü saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də səfərdə təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş