Əsas Səhifə > Müsahibə > İslandiya yığmasının baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq
İslandiya yığmasının baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq4-09-2025, 18:27 |
![]() Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bu səbəbdən sabahkı matçda qalib gəlməliyik. BrendSport.az xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində evdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Bu, ölüm-dirim məsələsi deyil. Amma rəqibi ciddiyə almalıyıq. Böyük hədəflərimiz var. Özümüzə inanmalıyıq. Hər kəs inanılmaz dərəcədə sakitdir. Oyunla bağlı nikbinəm". Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Geri qayıt |