Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İoannis Ziavas: Azərbaycan yığması bizdən daha güclüdür

İoannis Ziavas: Azərbaycan yığması bizdən daha güclüdür

Azərbaycan millisini təbrik edirəm. Qrupun son oyununda onlara uğurlar arzulayıram.

BrendSport.az
xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində səfərdə Azərbaycan millisinə məğlub olan Yunanıstan yığmasının baş məşqçisi İoannis Ziavas oyundan sonra təşkil olunan mətbuat konfransında söyləyib.

Mütəxəssis deyib: “Azərbaycan yığması bizdən daha güclüdür. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da rəqibin səviyyəsindən irəli gəlir. Çünki onlar bizə bu imkanı vermədilər. Çətin olacağını əvvəlcədən bilirdik. Nəticəni unutmalı, irəli baxmalıyıq”.

Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Futzalçılarımız əsas seçmə mərhələdə sonuncu oyunu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcəklər. Azərbaycan komandası altıncı qrupda doqquz xalla liderdir. Altı xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş