Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Joze Alesio Da Silva: İspaniya millisi ilə oyunun nəticəsini sensasiya hesab etmirəm

Joze Alesio Da Silva: İspaniya millisi ilə oyunun nəticəsini sensasiya hesab etmirəm

Komandanın üzvləri ilə hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar. Bu gün bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər.

BrendSport.az
xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsində İspaniya yığması ilə heç-heçə edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra deyib.
Braziliyalı mütəxəssis qeyd edib ki, İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.
“Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovinaya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”, - deyə baş məşqçi əlavə edib.
Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib. İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.
Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib - 5:1. Millimiz qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.
Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu olan İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur.


Facebook-da paylaş

Xəbəri paylaş