"Razıyam, müəyyən səhvlərə yol verdik" - Millimizin baş məşqçisi
"Əlbəttə, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yerimələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım".
BrendSport.az saytı AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Qazaxıstana 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
"Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axsamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi” - deyə o bildirib.
Facebook-da paylaş