Həndbolçularımızın çətin Tuzla səfəri
Sabah qadın həndbolçular arasında “Çelenc Trofi” kubokuna start veriləcək. 16 illik fasilədən sonra qitənin ən aşağı nüfuzlu yarışında Azərbaycan millisi də iştirak edəcək.
Yığmamız ilk matçını ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək. Mayın 29-da Bakı vaxtı ilə 20:30-da start götürəcək görüşdə rəqib şanslı hesab edilir. Çünki son illər beynəlxalq arenaya həsrət qalan millimiz oyun təcrübəsindən əziyyət çəkir.
Həndbolçularımız ertəsi gün Lüksemburqla matça çıxacaqlar. Bu qarşılaşmada qalib gələcəyimizi proqnozlaşdırmaq olar. Amma rəqibin də qələbə qazanması sensasiya sayılmayacaq. Qrupda son qarşılaşmamızda isə Böyük Britaniya ilə üz-üzə gələcəyik. Rəqib həndbolda zəiflərdən hesab edilsə də, döyüşkən oyunçulardan təşkil olunub. Hər halda, yığmamız da matçların keçirildiyi Tuzla şəhərinə iddialı yollanıb.
B qrupu
29 may
18:30. Böyük Britaniya – Lüksemburq
20:30. Azərbaycan - Bosniya və Herseqovinaya
30 may
18:30. Lüksemburq - Azərbaycan
20:30. Bosniya və Herseqovinaya - Böyük Britaniya
31 may
18:30. Azərbaycan - Böyük Britaniya
20:30. Bosniya və Herseqovinaya – Lüksemburq
Qeyd edək ki, A qrupunda Estoniya, Moldova, Belçika və Kipr milliləri mübarizə aparacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalara yarımfinala vəsiqə qazanacaq. Digər 2 yerin sahibi 5-8-ci yerlər uğrunda oynayacaq. “Çelenc Trofi”nin qalibin adına isə iyunun 3-də aydınlıq gələcək.
Apasport
Facebook-da paylaş