Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə və gənc karateçilərimiz Kiprdə güclərini sınayacaqlar

Yeniyetmə və gənc karateçilərimiz Kiprdə güclərini sınayacaqlar

Fevralın 3-5-də Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək. Çempionatda ölkəmizi təmsil edəcək heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyev rəhbərlik edəcəklər.
BrendSport.az
xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət millinin kumite üzrə baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 8 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 8 idmançının çıxışına üstünlük verib.
Kata üzrə milli komandanın böyük məşqçisi İsmayıl Quliyev 4 idmançını müşayiət edəcək.
Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq.
Avropa çempionatında 48 ölkədən 1114 karateçi iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş