Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar


Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı başlayıb.
Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun BrendSport.az-a verdiyi məlumata görə, milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb.
14-15 yaşlı yeniyetmələrdə 6 idmançı, 16-17 yaşlı gənclərdə 8, 21 yaşadək gənclər arasında isə 10 karateçimiz mübarizə aparır. Onlardan 19-u kumite, 5-i isə kata yarışlarında iştirak edir.
Qitə çempionatının görüşlərini 5 hakimimiz idarə edəcək. Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş