Azərbaycan karateçiləri Moskvada Premyer Liqa turnirində iştirak edəcəklər
Oktyabrın 4-6-da Azərbaycan milli komandası Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər.
BrendSport.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində 20 idmançımız mübarizə aparacaq. Sentyabrın 23-dən Rusiyanın paytaxtına 10 günlük təlim-məşq toplanışına yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançımız turnirdə çıxış edəcək.
Kumite üzrə kişilərdən ibarət millimizin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlardan ibarət yığmamızın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaqlar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi nümayəndə heyətində vitse-prezident Rəhman Hətəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev də yer alıblar.
Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışacaq.
Facebook-da paylaş