Azərbaycan boksçusu beynəlxalq Qran-Pri turnirinin finalına yüksəlib
Çexiyada boks üzrə Usti-nad-Labem Qran-Prisində yarımfinal mərhələsinin görüşləri başa çatıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin bir üzvü finalda iştirak hüququ qazanıb. Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) yarımfinalda tailandlı Nasuk Vuttiçay ilə üz-üzə gəlib. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb – 4:1. O, həlledici görüşdə norveçli Hadi Srour ilə qarşılaşacaq.
Digər təmsilçimiz Alfonso Dominqes (81 kq) isə finala yüksələ bilməyib. Yarımfinalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusla qarşılaşan boksçumuz 0:5 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənməli olub.
Facebook-da paylaş