Boks üzrə Azərbaycan millisi “Strandja” turnirində iki bürünc medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinə yekun vurulub. Bu mərhələdə Azərbaycan millisinin iki üzvü qüvvəsini sınayıb.
BrendSport.az xəbər verir ki, 70-ci dəfə təşkil edilən turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev yarımfinalda amerikalı Riçard Torres ilə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə başa çatıb.
Komandamızın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda mübarizəni dayandırıb. O, ABŞ boksçusu Naomi Qrahama məğlub olub.
Beləliklə, hər iki boksçumuz yarışı bürünc medalla başa vurub.
Qırx üç ölkədən 360 idmançının qatıldığı turnirə bu gün yekun vurulacaq.
Facebook-da paylaş