Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız Avropa kubokunu 3 medalla başa vurublar



Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubokuna yekun vurulub.

BrendSport.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisinin üzvü Şahin Qəhrəmanov (+100 kq) bürünc medala sahib olub. Varşava turnirinin ilk günü isə Oruc Vəlizadə qızıl, İbrahim Əliyev gümüş medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar.

Qeyd edək ki, martın 2-də start götürən Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Ölkəmizi beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.


Facebook-da paylaş

Xəbəri paylaş