Əsas Səhifə > Milli komandalar > Cüdoçularımız Avropa kubokunu 3 medalla başa vurublar

Cüdoçularımız Avropa kubokunu 3 medalla başa vurublar


3-03-2019, 19:50


Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubokuna yekun vurulub.

BrendSport.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisinin üzvü Şahin Qəhrəmanov (+100 kq) bürünc medala sahib olub. Varşava turnirinin ilk günü isə Oruc Vəlizadə qızıl, İbrahim Əliyev gümüş medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar.

Qeyd edək ki, martın 2-də start götürən Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Ölkəmizi beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.
Geri qayıt