Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Komandam rəqibdən çox üstün idi – Vüqar Məmməd



Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində “Küveyt”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan sonra U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına fikirlərini bildirib.

BrendSport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir. Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik”.


Facebook-da paylaş

Xəbəri paylaş