Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Latviyalı hücumçu: "Azərbaycanın çox yaxşı komandası var"



“Baş məşqçimiz bu cür oyuna görə əsəbi idi. Bu, zəiflikdən qaynaqlanırmı? Səbəbini özü daha dəqiq deyər”. Bu sözləri Latviya yığmasının futbolçusu Artur Karaşauskas deyib.

Yerli mətbuata açıqlama verən 26 yaşlı hücumçu Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib. O, yığmamızı Baltik Kubokundakı rəqibləri ilə müqayisə edib: “Çoxlu səhvlərə yol verdik. Rəqib qapısına qol vura bilmədik və onlar qələbə qazandılar. Hazırda Azərbaycanın çox yaxşı komandası var. Litva və Estoniya ilə müqayisədə onların oyunçuları fərdi cəhətdən daha güclüdü. Bu üzdən topa daha çox nəzarət edir, onunla yaxşı davranır və düzgün qərarlar verirdilər. Müntəzəm hücumlar qura bilməməyimizin səbəblərini açıqlamaq çətindi. Bəlkə bunu kənardan baş məşqçi daha yaxşı görüb. Ardıcıl iki qol öz oyunumuzu göstərmək istəyimizi “öldürə” bilər. Mümkün qədər tez qol vurmaq istəyirdik ki, bu da oyunumuza mane oldu”.

Qeyd edək ki, Riqada keçirilən Latviya – Azərbaycan qarşılaşması komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib.


Facebook-da paylaş

Xəbəri paylaş