Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bu suala cavab verə bilmərəm” – Roman Qriqorçuk




“Yaxşı oyun nümayiş etdirdik”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Keşlə”ni qəbul edən “qırmızı-qaralar” azarkeşlərini qələbə (3:0) ilə sevindiriblər.

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: “Əhval-ruhiyyə yaxşı idi. Bu il çempionatın son matçına çıxdıq. Gözəl qələbə qazandıq. Amma üzərində işləməli olduğumuz çox şey var”.

- Qış fasiləsində göndərmək istədiyiniz futbolçular varmı?


- Hazırda heç bir qərarımız olmadığına görə, bu suala cavab verə bilmərəm. Kubok matçından sonra bəlkə nəsə fikir yarandı.

- Çempionatın startı ilə müqayisədə indi daha çox qol vurursuz. Komandada nə dəyişdi ki, buna nail oldunuz?

- Bu məqamın üzərində işlədik və dəyişiklik gördük. Biz başa düşürük ki, qol vurmaq nəticə qazanmaq baxımından ən vacib məqamdı. Bu baxımdan xeyli inkişaf var. Amma hələ də epizodlardan yüz faiz yararlana bilmirik.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş