Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 7 stolüstü tennisçisi “Kiçik Avropa çempionatı”nda iştirak edəcək



Azərbaycanın 13 yaşadək stolüstü tennisçilərdən ibarət komandası Fransada keçiriləcək “Euro Mini Champs” turnirində iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, avqustun 28-31-də Şiltinheym şəhərində təşkil olunacaq yarışda ölkəmizi Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə təmsil edəcəklər.

İdmançılar məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, sayca 20-ci dəfə keçiriləcək “Euro Mini Champs” turniri “Kiçik Avropa çempionatı” kimi tanınır. Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə yarışın bürünc medalını qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş