Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilər beynəlxalq yarışa qatılıblar


Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli daha bir mötəbər yarışda iştirak edir.

BrendSport.az informasiya portalı xəbər verir ki, idmançılarımız baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində mübarizə aparırlar. 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir. Bu gün startı verilən beynəlxalq turnirə avqustun 25-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş