Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar



Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kuboku başa çatıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kiloqram) Dünya Kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kiloqram) gümüş, Əli Miriyev (60 kiloqram) və Novruzəli Quliyev (75 kiloqram) bürünc mükafat əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş