Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar
Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblarDünən, 22:21 |
![]() Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kuboku başa çatıb. BrendSport.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb. Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kiloqram) Dünya Kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib. Digər boksçularımızdan Yadigar Əliyev (51 kiloqram) gümüş, Əli Miriyev (60 kiloqram) və Novruzəli Quliyev (75 kiloqram) bürünc mükafat əldə edib. Geri qayıt |