İslamiadada Azərbaycanı 15 qılıncoynadan təmsil edəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları müəyyənləşib.
BrendSport.az xəbər verir ki, qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında ölkəmizi 15 idmançı təmsil edəcək. Sablya növündə qadınların şəxsi yarışlarında Palina Kaspiaroviç və Səbinə Kərimova, komanda yarışlarında isə P. Kaspiaroviç, S. Kərimova və Zərifə Hüseynova bacarıqlarını göstərəcəklər.
Kişilərin şəxsi mübarizəsində Maqsud Hüseynli və Saleh Məmmədov, komandada isə M. Hüseynli, S. Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.
Şpaqa növündə qadınlarda Aynur Quliyeva və Nəzrin Mehdiyeva fərdi şəkildə çıxış edəcək. Komanda yarışlarında A. Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimova ölkəmizi təmsil edəcəklər.
Kişilərin fərdi mübarizəsində Ruslan Həsənov və Vahab Fətullayev, komanda yarışlarında isə R. Həsənov, Emin Səfərbəyov və Mirxətai Məmmədov güclərini yoxlayacaqlar.
Qeyd edək ki, qılıncoynatma yarışları 17-20 noyabrda keçiriləcək.
Facebook-da paylaş





















