Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılncoynatmanın şpaqa və sablya növləri üzrə Azərbaycan çempionatı keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda ümumilikdə 84 qılıncoynadan iştirak edib.
Sablya.
Qadınlar:
1. Anna Başta
2. Valeriya Bolşakova
3. Səbinə Kərimova, Palina Kaspiaroviç
Kişilər:
1. Murad Əkbərov
2. Saleh Məmmədov
3. Abbas Hüseynov, Nahid Məmmədli
Şpaqa.
Qadınlar:
1. Azərin İdriszadə
2. Xədicə Həsənli
3. Mirnuray Abasova, Nəzrin Mehdiyeva
Kişilər:
1. Ruslan Həsənov
2. Xalid Əliyev
3. Barat Quliyev, Mirxətai Məmmədov
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Təltifetmə mərasimində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, AQF-nin vitse prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov iştirak edib.
Facebook-da paylaş