MDB Oyunları: Azərbaycanın oğlanlardan ibarət qılıncoynatma komandası 3-cü yeri tutub

III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
BrendSport.az xəbər verir ki, sablya növü üzrə oğlanlardan ibarət millimiz bürünc medal qazanıb.
Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığmamız 1/4 finalda Belarusa 45:40 hesabı ilə qalib gələrək, yarımfinalda Rusiya komandasına rəqib olub. Sablyaçılarımız rəqibinə 32:45 hesabı ilə uduzaraq, 3-cü yerlə kifayətlənib.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Facebook-da paylaş
