MDB Oyunları: Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışları davam edir.
BrendSport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə (45 kiloqram) bürünc medal qazanıb.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Facebook-da paylaş
