Azərbaycanın üzgüçülük komandası III MDB Oyunlarını 13 medalla başa vurub

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları başa çatıb.
BrendSport.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların sonuncu - beşinci günündə Azərbaycan təmsilçilərindən Süleyman İsmayılzadə qızıl, Anastasiya Qnussina isə bürünc medal qazanıb.
Onlar müvafiq olaraq, 400 və 1500 metr məsafəyə sərbəst üsulla üzmədə fərqləniblər.
Bununla da Azərbaycanın üzgüçülük komandası III MDB Oyunlarını 13 medalla başa vurub.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Facebook-da paylaş
