MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
BrendSport.az xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan-Küveyt, Qazaxıstan-Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya-Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.
Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.
Yevlaxda boks, Xankəndidə isə oxatma yarışları təşkil olunacaq.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Facebook-da paylaş
