Azərbaycanın U-16 millisinin baş məşqçisi: Futbolçularımız Rusiya ilə oyunda xarakter göstərdilər

Rəqibi yaxşı təhlil etmişdik, amma alınmadı. Bu cür oyunla məğlub olmaq həqiqətən də çox üzücüdür.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarında Rusiyaya 2:3 hesabı ilə məğlub olduqları final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini açıqlayıb: “Futbolçuların fiziki durumları ilə bağlı problemlərimiz var idi. Onları çox yükləyə bilmirik. Beynəlxalq təcrübəmiz də azdır. Bu səbəbdən əsasən də son dəqiqələrdə tab gətirə bilmədik. Rəqib futbolçular ard-arda qollar vurduqdan sonra komandamız ruhdan düşdü. Əslində hər iki hissədə futbolçularımız verilən tapşırıqları yerinə yetirə bildilər. Onları təbrik edirəm. Sözün əsl mənasında xarakter göstərdilər”.
Facebook-da paylaş
