Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini çıxmaq üçün maksimum çalışmalıyıq



“Oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər”.

BrendSport.az
xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

B Liqasının 1-ci qrupunda “Ərzincan 13 Şubat” stadionunda baş tutan matçı dəyərləndirən mütəxəssis bildirib ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün olmayıb: “Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Amma şəxsi fikrim belədir ki, hakimlərin verdiyi bəzi qərarlar düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız hakimlərin üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq”.

O, tribunalarda xoş görüntünün olduğunu vurğulayıb: “Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə ki, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə, gələn azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.

Qeyd edək ki, komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş