Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vitali Borisov: “Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”

bu


“Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”.

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Qazaxıstana 2:4 hesabı ilə məğlub olduqları DÇ-2024-ün elit mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Belə alınacağını da gözləyirdik. Qazaxıstan çox dinamik komandadır. Komandamız vuruşdu. Hakimlərin bəzi qərarları mübahisəli idi. Buraxılan 3-cü qolun təkrarına baxdım. Məncə, həmin anda hakimin qərarı doğru deyildi. Düzdür, ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Qapıçıları çox irəli çıxırdı. O, ayaqla bəzi meydan oyunçularından yaxşı oynayır”.

O, rəqibin ən böyük üstünlüyünün qapıçının irəlidə oynaması olduğunu söyləyib: “Bütün oyunu rəqibin 5 oyunçusuna qarşı keçirmək çətindir. İstər-istəməz zərbələrin sayı çox olur. Taktiki baxımdan fərqli komandadır. Bizdə isə bəzi oyunçular 2-3 gün əvvəl heyətə qoşulublar. Qazaxıstanda 6 nəfər eyni klubda çıxış edir və 11 futzalçı ölkə çempionatında mübarizə aparır”.

Baş məşqçi cavab qarşılaşmasının daha çətin olacağını düşünür: “Bu gün Filipinyonu itirdik. Bu böyük itkidir. Orada çətin olacaq. Qazaxıstanda futzalı çox sevirlər. Azarkeşlər zalı dolduracaqlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq”.


Facebook-da paylaş

Xəbəri paylaş