Vitali Borisov Çempionlar Liqasının bombardirləri sırasında yer alıb
UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, siyahıda milli komandanın və “Araz-Naxçıvan”ın sabiq üzvü Vitali Borisov da yer alıb.
Uzun illər Naxçıvan təmsilçisinin formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan V. Borisov 45 qol vurub. O, bu göstərici ilə 4-cü pillədədir.
Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qol var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.
Qeyd edək ki, karyerasını başa vurmuş Vitali Borisov hazırda Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisidir.
Facebook-da paylaş