“Araz-Naxçıvan” daha bir özbəkistanlı oyunçunu icarəyə götürüb
“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.
BrendSport.az xəbər verir ki, müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb.
Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı Dilşod Rahmatov Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionuna kömək edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç heyətə qoşulub.
Facebook-da paylaş