Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın futbolçusu: "Rəqib çox yaxşı komandadır"



"Rəqib çox yaxşı komandadır".

BrendSport.az
xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun matçından əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi rəqibin sürətli və keyfiyyətli oyunçulara malik olduğunu bildirib: "Biz buraya inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik".

Zubir "Qarabağ"ın böyük klub olduğunu söyləyib: "Biz də bunu dərk edirik və gözləntilərin çox olduğunu bilirik. Hamı yaxşı nəticə gözləyir. Mən də məşqlərdə səylə çalışıram. İnkişaf etmək üçün əlimdən gələni edirəm".

Qeyd edək ki, oktyabrın 5-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00--da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş