Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiya yığmasının baş məşqçisi: Finala yaraşan oyun oldu



Çox ağır final idi. İki qol buraxdıq, lakin sonradan toparlanıb geridönüş edə bildik.

BrendSport.az
xəbər verir ki, bu sözləri III MDB Oyunlarının qalibi olan Rusiyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Valentin Qavva Azərbaycana 3:2 hesabı ilə qalib gəldikləri final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, Azərbaycan yığmasının yaxşı mübarizə apardığını deyib: “Çətin matç alındı. Fikrimcə, finala yaraşan görüş oldu. Qələbə qazandığımız üçün çox sevincliyəm. Bu turnir bizim üçün yaxşı sınaq oldu. Düşünürəm ki, futbolçularımız da özlərini yaxşı tərəfdən göstərə bildilər. Komandamdan razıyam”.


Facebook-da paylaş

Xəbəri paylaş