Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanlı hakim Niderland millisinin oyununa təyinat alıb



FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş