Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.
Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Facebook-da paylaş