Əsas Səhifə > Maraq > Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb3-08-2023, 17:20 |
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. BrendSport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq. Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Geri qayıt |