Əsas Səhifə > Milli komandalar > Azərbaycanlı hakim Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim Niderland millisinin oyununa təyinat alıb


Dünən, 14:34


FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.
Geri qayıt