Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat alıb



FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referi Əliyar Ağayev isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş