Bu gün Slovakiyada cüdo üzrə Avropa çempionatı start götürəcək

Bu gün Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürəcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Facebook-da paylaş
