Əsas Səhifə > Milli komandalar > Bu gün Slovakiyada cüdo üzrə Avropa çempionatı start götürəcək
Bu gün Slovakiyada cüdo üzrə Avropa çempionatı start götürəcək4-09-2025, 11:45 |
![]() Bu gün Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürəcək. BrendSport.az xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək. Qeyd edək ki, sentyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq. Geri qayıt |