Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millətlər Liqası: Türkiyənin voleybol yığması 1/4 finalda Yaponiya seçməsi ilə qarşılaşacaq



Türkiyənin qadınlardan ibarət voleybol yığması bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşacaq.

Görüş Polşanın Lodz şəhərindəki “Atlas Arena”da Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qrup mərhələsini 8 qələbə və 4 məğlubiyyətlə başa vuran “ay-ulduzlular” turnir cədvəlində 6-cı yeri tutaraq final mərhələsində iştirak hüququ qazanıblar.

Türkiyəli Fərhat Akbaşın baş məşqçisi olduğu Yaponiya seçməsi isə qrup mərhələsində 9 qələbə və 3 məğlubiyyətlə 3-cü pillədə qərarlaşaraq 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu raundda üstün olan tərəf yarımfinalda Braziliya – Almaniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş