Əsas Səhifə > Milli komandalar > Millətlər Liqası: Türkiyənin voleybol yığması 1/4 finalda Yaponiya seçməsi ilə qarşılaşacaq
Millətlər Liqası: Türkiyənin voleybol yığması 1/4 finalda Yaponiya seçməsi ilə qarşılaşacaq24-07-2025, 13:31 |
![]() Türkiyənin qadınlardan ibarət voleybol yığması bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşacaq. Görüş Polşanın Lodz şəhərindəki “Atlas Arena”da Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Qrup mərhələsini 8 qələbə və 4 məğlubiyyətlə başa vuran “ay-ulduzlular” turnir cədvəlində 6-cı yeri tutaraq final mərhələsində iştirak hüququ qazanıblar. Türkiyəli Fərhat Akbaşın baş məşqçisi olduğu Yaponiya seçməsi isə qrup mərhələsində 9 qələbə və 3 məğlubiyyətlə 3-cü pillədə qərarlaşaraq 1/4 finala yüksəlib. Qeyd edək ki, bu raundda üstün olan tərəf yarımfinalda Braziliya – Almaniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Geri qayıt |