Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq



Bu gün Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, milli komanda Cəbəllütariqdə keçiriləcək matçda Kipr yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Qeyd edək ki, Evren Alkayanın yetirmələri qrup mərhələsində Ermənistanı 86:59, Gürcüstanı 97:40, Kipri 68:45 hesabı ilə məğlub ediblər. Yığma yarımfinalda isə Albaniyanı üstələyib - 92:62.


Facebook-da paylaş

Xəbəri paylaş